Şəmkirdə fermada 36 baş iribuynuzlu heyvan bir günün içində ölüb.
"Qiyməti 300 manat olan qoyunları 9-10 manata, 2000 manatlıq inəkləri 61-95 manata sığorta etmək mümkündür"
FED.az xəbər verir ki, təsərrüfat sahibi iddia edir ki, hadisə heyvanlar dərmanlandıqdan sonra baş verib.
Heyvandarlıqla məşğul olanlardan bəziləri isə vurulmuş məhlulun keyfiyyətindən şübhələnirlər.
Hadisədən dərhal sonra Qida Təhlükəsizliyi Agentliyi və Baytarlıq Xidmətinin yerli bölmələrinə məlumat verilib.
Heyvanların tələf olmasının əsl səbəbi AQTA tərəfindən götürülmüş nümunələrin laborator müayinələrinin nəticələri elan olunduqdan sonra bilinəcək. (Xezerxeber.az)