Soyuq, şaxtalı havalar əkin-biçinlə məşğul olanların qayğılarını bir qədər də artırıb.
FED.az xəbər verir ki, istixanalarda qat-qat sellofan örtülsə də, yenə də məhsulu şaxtadan qorumaq olmur. Təsərrüfatçılar isə əkinin soyuqdan donmaması üçün özlərinəməxsus üsul tapıblar. Tüstüləmə üsulu ilə...
Təsərrüfat sahibləri deyir ki, saman yandırmaqla verilən tüstü şaxtanın məhsula ziyan verməsinin qarşısını xeyli alır.
Ancaq bununla yanaşı, hər gecə soyuqdan mühafizə üçün kartof şaxlarının üzəri polietilen örtüklə örtülür.
Onu da bildirək ki, Şəmkir rayonunun Sabirkənd kəndində istixanalarda becərilən faraş kartofdan ildə bir neçə dəfə məhsul götürülür. Kartof əkilən istixanalarda şaxtadan tüstü ilə qorunmaq üsulu geniş yayılıb.