Şəkidə dəmyə üsulu ilə əkilən taxıl sahələri məhv olmaq üzrədir.
Cəlilabadda fermerlər kartof ixracında - PROBLEMLƏ ÜZLƏŞİBLƏR
FED.az xəbər verir ki, səbəb yağıntının az olmasıdır.
Şəkinin Çayqaraqoyunlu və ətraf kəndlərində yüzlərlə hektar səhədə taxıl bitkiləri quruyaraq məhv olmaq üzrədir.
Fermerlərin sözlərinə görə, keyfiyyətli toxumdan istifadə ediblər. Bütün aqrotexniki qaydalara əməl olunub. Qış aylarında yaşanan quraqlıq, xüsusilə küləkli günlərin çox olması səbəbindən taxıl sahələri yararsız hala düşüb.
Fermerlər deyirlər ki, bənzər vəziyyət 5 kənddə 50 min hektara yaxın sahədə müşahidə edilir.
Məsələ ilə bağlı Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirildi ki, havalar həddən çox quraq və yağmursuz keçdiyinə görə əkilən taxılın böyük hissəsi məhv olub. Müraciətlərdən sonra Mərkəzin mütəxəssisləri həmin ərazilərdə monitorinqlərə başlayıb. Nəticəsi barədə fermerlərə məlumat veriləcək. (Xezerxeber.az)