Azərbaycanda aqrar sığorta sistemi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınmış əkin sahələrinin 98 %-ni əhatə etmək gücündədir.
Hava şəraitinin dəyişməsi ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə Aqrar Sığorta Fonduna 76 müraciət daxil olub
FED.az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov keçirdiyi mətbuat konfrasında bildirib.
"Yəni biz ölkədə meyvə-tərəvəz əkini həyata keçirilən hər 100 hektarın ərazinin 98 hektarının sığortalanmasını təmin edə bilərik", - deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, Fondun sığorta ödənişləri artmaqdadır: "Ötən il 12 milyon manat, bu ilin I rübündə isə 3 milyon manat dəyərində zərəri qarşılamışıq. Düşünürük ki, ödənişlər artacaq. Bu qeyri-kommersiya əhəmiyyətli sığorta mexanizminin başlıca məqsədi gəlir əldə etmək deyil. Aqrar sığorta vəsaitlərin toplanması və fermerlərimizin istehsalı normal şəkildə davam etdirməsi üçün qurulmuş mexanizmdir".