Aqrar

Sayı azalır, əti artır... – RƏQƏMLƏR

Sayı azalır, əti artır... – RƏQƏMLƏR | FED.az
19:03 2 Yan 2019

Azərbaycanda mal-qaranın sayı azalmaqda, ancaq ət istehsalı artmaqda davam edir.
 
FED.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabatda əksini tapıb.
 
ELƏCƏ DƏ BAX: Azərbaycana xaricdən gətirilən ətin kilosu - CƏMİ 2,5 MANATDIR
 
Beləliklə 2018-ci il noyabrın 1-nə ölkədə 1 milyon 291 min baş inək olub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 7 min 700 baş, yəni  6 faiz azdır.  2018-ci ilə noyabrın 1-nə ölkədə 8 milyon 549,4 min baş qoyun və keçi olub ki, bu da 2017-ci ilin anoloji dövrü ilə müqayisədə 117 min 900 baş, yəni 4 faiz azdır.
 
Ancaq qəribədir ki, ət istehsalı (diri çəkidə) artmaqda davam edir 2018-ci il dekabrın 1-nə 463,6 min ton ət istehsal edilib ki, bu da 2017-ci ilin ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.

Digər xəbərlər