Aqrar

Şaxtalı hava kartof sahələrinə ziyan vurub - VİDEO

Şaxtalı hava kartof sahələrinə ziyan vurub - VİDEO | FED.az
17:50 7 Mart 2021

Cəlilabadda şaxtalı hava kartof sahələrinə ciddi ziyan vururb.

FED.az xəbər verir ki, hava şəraiti belə davam edərsə məhsuldarlıq kəskin şəkildə aşağı düşə bilər.

Azərbaycanda kartof əkinlərinin güzəştli sığortası başlayıb - ŞƏRTLƏR, MƏBLƏĞLƏR, MİSALLAR

Yığımı gələn aya nəzərdə tutulan kartof kollarını şaxta vurması nəticəsində məhsul götürmək imkanı xeyli azalıb. Kənd sakinləri mülayim havalarda əkinlərin üzərindəki polietlen örtükləri açmaqla yanmış kolları canlandırmağa çalışırlar.

Mövcud hala rayonda kütləvi halda kartof becərilən Maşlıq, Muğan və Kazımabad kəndlərində daha çox rast gəlinir.

Mütəxəssislər bildirir ki, bu cür havalarda fermerlər ziyana düşməmək üçün əvvəlcədən öz əkinlərini sığortalamalıdırlar.

Ətraflı süjeti təqdim edirik:

Banner
Banner

Digər xəbərlər