İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC-nin tingləri gələn ilin yanvar ayında Rusiyaya ixrac ediləcək.
2 fərdi sahibkara status verildi – 327 min manata 37 hektarda bağ salacaqlar
FED.az xəbər verir ki, bu barədə “İSFA” MMC-nin təsisçisi və direktoru Samir Xeyirbəyov deyib.
Onun sözlərinə görə, tingləri ixrac etmək məqsədilə şirkətlərini Rusiyanın Kənd Təsərrüfatı Nazirliyində qeydiyyatdan keçirirlər. Şirkətin bu həftə ərzində qeydiyyatdan keçməsi gözlənilir: “Dekabrın əvvəlində Krasnodar vilayətində, Mahaçqala və Dərbənd şəhərlərində müştərilərlə görüşlər olacaq. Kənd Təsərüfatı Nazirliyindən icazə aldıqdan sonra onlarla müqavilə bağlayacağıq. Rusiya bizdən qoz, alça, şaftalı, nektarin və gilas tingləri istəyir”.
Artq 30 çeşid ting üçün Kənd Təsərrüfatı Nazirliyindən sertifikatlar aldıqlarını xatırladan S.Xeyirbəyov bildirib ki, Qırğızıstana 43 ədəd badam tingi ixrac edilməsi nəzərdə tutulur. İxracın dekabrın 10-dan sonra reallaşacağı gözlənilir.
S.Xeyirbəyov əlavə edib ki, Yevlax Pilot Aqroparkda yetişdirilən tinglərdən əldə olunan meyvələrin Dubaya satılması planlaşdırılır. Artıq Dubayın ən böyük marketlər şəbəkəsi ilə müqavilə bağlanılıb: “İlk alma TIR-ı bu həftə yola salınacaq. Ondan sonra bütün növ meyvə və tərəvəzlər Dubaya ixrac ediləcək. May ayına kimi alma, xurma, nar, maydan sonra isə ərik, şaftalı, nektarin ixrac etməyi nəzərdə tuturuq”. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)