Azərbaycanda məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 570 mindən artıq əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunub.
Eləcə də bax: Şahin Mustafayevə yeni vəzifə verildi - SƏRƏNCAM
FED.az xəbər evrir ki, bunu iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında Baş Nazirin müavini Şahin Mustafayev bildirib.
Onnu sözlərinə görə, yaradılmış proqram təminatı sayəsində qrafiklər «Elektron kənd təsərrüfatı» informasiya sisteminə inteqrasiya olunur. Suvarmaya dair problemlərin operativ qaydada həlli üçün Kənd Təsərrüfatı Nazirliyi ilə «Azmelsutəsərrüfat» ASC-nin fəaliyyəti əlaqələndirilib, «Çağrı mərkəzi» (8770) yaradılıb. Çoxsaylı müraciətlərə fərdi qaydada baxılması üçün iş aparılır.
Şahin Mustafayev deyib ki, operativ tədbirlərlə yanaşı, ölkə üzrə ilk dəfə su təsərrüfatı balansı tərtib edilib. Su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi dəyərləndirmələrin aparılmasına imkan verən su təsərrüfatı balansı əvvəlki üç ilin faktiki, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəricilərini əks etdirir:
«Su təsərrüfatı balansının formalaşması üçün su təsərrüfatı subyektlərinin məlumatlarının elektronlaşdırılması və hesabatın alınması ilə bağlı “Elektron su təsərrüfatı” informasiya sistemi yaradılmışdır. Eyni zamanda, su obyektlərində müasir ölçmə cihazlarının quraşdırılması həyata keçirilir. Növbəti mərhələlərdə aidiyyəti qurumların informasiya sistemlərinin inteqrasiyası və su obyektləri üzrə məlumatların real vaxt rejimində sistemə ötürülməsi təmin ediləcəkdir».
Bundan başqa, yeni su mənbələrinin tapılması üçün işlər aparılır: «Ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan sututarlar üzrə prioritet layihələrə, habelə içməli su təchizatı üçün yeni mənbələrin müəyyən edilməsinə dair təkliflər hazırlanır».