Sahibkarlığın İnkişafı Fondu tərəfindən minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara banklar və digər kredit təşkilatları tərəfindən verilən kreditlər üzrə faizlər subsidiyalaşdırılır.
Azərbaycanda biznes kreditlərinə görə subsidiya verilməsi müddəti artırılıb - FƏRMAN
FED.az xəbər verir ki, fonddan verilən məlumata görə, subsidiyalaşdırılma əsasən şəkər tozu, günəbaxan yağı, marqarin, kərə yağı, un və makaron məmulatlarının istehsalı ilə məşğul olan sahibkarların xammal tədarükü ilə bağlı aldıqları kredit faizlərinə aiddir.
Bu sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri xammal tədarükü ilə bağlı 2022-ci ildə aldıqları kredit faizlərinin subsidiyalaşdırılması məqsədilə krediti verən təşkilata müraciət edə bilərlər.