Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ənənəvi suvarma üsulları qadağan olunmalı, damcı, çiləmə kimi müasir texnologiyalar tətbiq edilməlidir.
Dünya Bankı: "Damcılı suvarma Azərbaycanda populyarlaşmaqdadır"
FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Bakıda keçirilən "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda bildirib.
"Bizim öz ərazilərimizdə formalaşan su mənbələri var. Qısa zamanda layihələr həyata keçirərək ölkəmizdə formalaşan su ehtiyatlarının toplanmasına nail ola bilərik. Təbii ki, bu bahalıdır. Su anbarları inşa olunmalıdır. Əsas odur ki, dövlət başçısı bu məsələyə dəstək verir. Zəngilan və Qubadlının bir hissəsinə su kəmərləri çəkilib. Azərbaycanın əsas əraziləri suvarmaya ehtiyacı olan hissələridir. Bu gün istehlakçıya su vermək üçün mənbədən iki dəfə çox su götürmək lazımdır. Yarıbayarı su itkisi olur. Müasir suvarma sistemləri ilə səmərəlilik qorunur", - deyə o qeyd edib. (Report)