Aqrar

Sabirabadda və İsmayıllıda azot gübrəsi güzəştli şərtlərlə satılacaq

Sabirabadda və İsmayıllıda azot gübrəsi güzəştli şərtlərlə satılacaq | FED.az
15:52 4 Mart 2019
 Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq”ASC Sabirabadda və İsmayıllıda azot gübrəsinin güzəştli şərtlərlə satışını həyata keçirəcək.

FED.az xəbər verir ki,  satış martın 5-də Sabirabad rayonunun Qəzli kəndinin Qruzma bələdiyyəsinin inzibati binasında baş tutacaq.
Bu rayona ən yaxın kəndlər olan Qəzli, Qruzma, Qaraqaşlı, Kovlar, Yenikənd və digər ətraf kəndlərinin sakinləri də səyyar satışdan yararlana biləcək.

Digər səyyar satışlar martın 7-də isə İsmayıllı rayonunun Qubaxəlilli kəndinin İcra nümayəndəliyinin binasında keçiriləcək.
Bu rayona ən yaxın kəndlər olan Qubaxəlilli, Gəraybəyli, Xəlilli, Külümlü, Zərnava, Kəlbənd, Kütmaşı və digər ətraf kəndlərin sakinləri səyyar satışdan yararlana biləcəklər.


Eləcə də bax:Kisədə kartof yetişdirməyin qaydası - FOTOİZAH

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün Sabirabad rayonu üzrə +99450 213 04 72 (Heydər Yaqubov - Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru), İsmayıllı rayonu üzrə +99450 332 74 44 (Həsən Həsənov - İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru) nömrəsi ilə əlaqə saxlaya bilərlər.
 

 

Digər xəbərlər