Aqrar

Sabah istehsal olunacaq yumurta bu gün satışa çıxarıldı - ARAŞDIRMA BAŞLADI

Sabah istehsal olunacaq yumurta bu gün satışa çıxarıldı - ARAŞDIRMA BAŞLADI | FED.az
11:22 15 Mart 2019

Ötən gün “OBA” marketlər şəbəkəsində üzərində istehsal tarixi 15.03.19-cu il göstərilmiş yumurtalar satışa çıxarılıb.

FED.az xəbər verir ki, həmin yumurtalar Yasamal rayonu ərazisində yerləşən mağazaların birində satılıb.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən üzərində istehsal tarixi 15.03.2019-cu il göstərilmiş yumurtalarla bağlı məlumat mediadan götürülərək araşdırmalara başlanılıb. 

AQTA-dan bildirilib ki, araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək:

“Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.
 

Digər xəbərlər

Banner