Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC sabah Saatlı rayonun Çolpı kəndində azot gübrəsinin növbəti səyyar satışını həyata keçirəcək.
FED.az xəbər verir ki, məlumata görə, satış icra nümayəndəliyinin binasında təşkil ediləcək və ondan Saatlı rayonuna yaxın ərazilərdə yaşayanlar yararlanacaqlar.
Eləcə də bax: Ötən il fermerlərə 108 mln. manat subsidiya verilib
Qeyd edək ki, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər. Satış barədə ətraflı məlumat almaq üçün (050) 332-29-98 nömrəli telefona (Ağa Əsədov, Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru) zəng etmək lazımdır.
Saatlıda azot gübrəsinin güzəştli şərtlərlə satışı həyata keçiriləcək
13:46
12 Mart 2019