2025-ci ildə Azərbaycan Rusiyadan 14 milyon 964 min dollar dəyərində 129 min 8 baş diri qoyun idxal edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Rusiyadan diri qoyun idxalı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin şəkildə çoxalıb. Artım dəyər ifadəsilə 13 milyon 61 min dollar və ya 7,8 dəfə, miqdar ifadəsilə isə 110 min 898 baş, başqa sözlə 7,1 dəfə təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Rusiyadan 1 milyon 903 min dollar dəyərində 18 min 110 baş diri qoyun idxal olunmuşdu.
Bu ilin nəticələrinə görə Rusiyadan idxal edilən bir baş qoyunun orta idxal qiyməti 116 dollar (təxminən 197,2 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 105,1 dollar (təxminən 178,7 manat) idi. Bu da illik müqayisədə 10,9 dollar (18,5 manat) və ya 10,4% bahalaşma deməkdir.
Bu kəskin artım nəticəsində Rusiyanın ümumi idxalda payı sayca 42,1%-ə, dəyərcə isə 45,3%-ə yüksəlib.











