2022-ci ilin I rübündə Rusiya istehsalı olan kənd təsərrüfatı texnikasının ixrac həcmi 30% - 5,1 milyard rubla qədər artıb.
Eləcə də bax: Apreldə Azərbaycandan Moskva regionuna 4,6 min tona yaxın pomidor - TƏDARÜK EDİLİB
FED.az bu barədə Rusiyanın İxtisaslaşmış texnika və avadanlıq istehsalçıları Assosiasiyasının məlumatında deyilir.
“Yerli kənd təsərrüfatı maşınlarının xaricə ixracının artmasının əsas səbəbi dünya bazarında kənd təsərrüfatı məhsullarının qiymətinin baha olmasıdır və bunun sayəsində aqrarlar kənd təsərrüfatı istehsalının modernləşdirilməsinə əlavə vəsait yatıra bilərlər”, - deyə məlumatda qeyd olunur.
3 ay ərzində Macarıstana ixrac dəyər ifadəsində 3,6 dəfə, Misirə 3,2 dəfə, Polşaya 2,9 dəfə, Moldovaya 2,3 dəfə, Özbəkistana 87%, Monqolustana 81%, Azərbaycana 65%, Qazaxıstana 16%, Bolqarıstana isə 16% artıb. (İnterfaks- Azərbaycan)