Azərbaycan xurma ixracı ilə bağlı yeni bazarlar araşdırır".
FED.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov bildirib.
Eləcə də bax:Oğuzda daha 300 hektarda yeni - FINDIQ BAĞI SALINACAQ
O vurğulayıb ki, hazırda təzə xurma daha çox ənənəvi ölkələrə ixrac edilir: “Bu il ölkədə xurma istehsalında məhsuldarlıq boldur, lakin əsas xurma ixrac etdiyimiz bazarlardan biri olan Rusiyada alıcılıq qabiliyyəti aşağıdır. Buna görə də hazırda yeni bazarlar araşdırılır. Ərəb ölkələrinə xurma ixracının təşkili ilə bağlı danışıqlar aparılır. Lakin hazırda az miqdarda BƏƏ-nin Dubay şəhərinə ixrac edilir”.
Xatırladaq ki, bu il ərzində Azərbaycan 27 071 ton xurma ixrac edib. Bu növ məhsulun ixracından ölkəmiz 20 milyon 506 min dollar vəsait əldə edib. Xurma ixracı ölkənin ümumi ixracında 0,15% paya malik olub.