Çində koronavirus epidemiyasının yayılması Rusiyanın Dalnıy Vostok əyalətində meyvə tərəvəzin qiymətini iki dəfə bahalaşdırıb. Yayılmış virusla əlaqədər olaraq Çin ilə sərhədlərin bağlanması Rusiyada pomidor və xiyarın qiymətini rekord həddə çatdırıb.
Eləcə də bax: Koronavirusa görə Azərbaycan pomidoru - 9 DOLLARA QALXDI
FED.az xəbər verir ki, Rusiyanın Dalnıy Vostok əyalətində topdan satış yerlərində pomidorun kiloqramı 380 rublan (10 manat) dan, xiyarın kiloqramı isə 400 rubldan (11 manat)dan ucuz satılmır. Mağazalarda tomat pastalarının qiyməti 500 rubla (14 manat) qədər bahalaşıb.
Bəzi yerlərdə çoxdan qalmış və öz təravətini itirmiş xiyarlar 200 rubla( 5,35 manat), pomidorlar isə 250 rubla (6,58 manata) satılır. Azərbaycandan idxal olunan tomatın qiyməti 300 rubldan(13,37 manat) aşağı deyil . Məlumata görə,Azərbaycandan gətirilən pomidorun qiyməti isə 700 rubl (18,71 manat)dır.
Hətta bəzi dükanlarda pomidoru və bibəri 1kiloqramdan artıq satılmadığı bildirilir. Satıcılar alıcıları qorxutmamaq üçün məhsulun qiymətini qramla göstərirlər. Bununla da qiymətdə sıfırların sayı az olur.
Artıq Dalnıy Vostokda satış şəbəkələri Çindən gələn meyvə -tərəvəzə alternativ axtarmaqdadırlar. Onlar əvəzləməni Rusiyanın mərkəzi əyalətrəindən idxal etməkdə görürlər.
Çindən məhsul ixracı olmadan Dalnıy Vostokun özünü meyvə və tərəvəzlə təmin edə bilməyəcəyi bildirilir. Belə ki, hər ay Çindən bu regiona min ton məhsul idxal olunur ki, bu da hər ay adambaşına 7 kiloqram tərəvəz, 2 kiloqram meyvə deməkdir.
Mərkəzi Rusiyada yaşayanların isə bəxti gətiridiyi bildirilir. Belə ki, bu regionda yaşayanların hələ ki, koronavirusa görə, hər hansı qiymət bahalaşması yaşamadıqları qeyd olunur.
Mərkəzi Rusiyada yerləşən topdan satış mərkəzlərindən verilənməlumata görə, əvvəllər onlar narıngi və portağalı Çindən gətirirdilər, indi isə bu meyvələri, Marakeş, İsrail və Türkiyə məhsulları ilə əvəz ediblər. Onlar öz regionlarında meyvə-tərəvəzin qiymətlərinin artmayacağına əmin edirlər. Çünki Çindən gətirilən meyvələr bazarın cəmi 3%-ni təşkil etdiyi bildirilir.
Sibir və Dalnıy Vostokdan fərqli olaraq Rusiyanın digər bölgələri əsas malları Çindən yox başqa yerlədən aldıqlarından onlarda qiymət artımı hiss olunmur.
Hazırda Rusiyanın digər bölgələrində əsasən də Moskvada bazarda almaların Krasnoyarsk əyalətindən, xiyarların Moskva oblastından, pomidorlar isə Stavropoldan gətirildiyi qedy olunur.
Ekspertlərin fikrincə Çindən yayılan koronovirus xəstəliyi artıq Rusiyanin bir çox iqtisadi sahələrinə mənfi təsir edib. Bunlar binzes, neft və qaz və digər sahələrdir.