Rusiya Türkiyədən pomidorun idxalının həcminə tətbiq etdiyi illik kvotanı daha 50 min ton və ya 20 % artıraraq 250 min tondan 300 min tona çatdırmağı təklif edib.
Eləcə də bax: Azərbaycanın daha 8 şirkəti Rusiya pomidor ixracı - İCAZƏSİ ALDI
FED.az xəbər verir ki, bu barədə Rusiya hokuməti məlumat yayıb.
Xatırladaq ki, Rusiya 2015-ci ildə iki ölkə arasında yaranmış siyasi böhrandan sonra Türkiyə pomidoruna qarşı embarqo tətbiq etmişdi. 2017-ci ildə embarqo götürülsə də, 100 min tonluq kvota tətbiq edilmiş, sonradan bu rəqəm 200 min tona, ötən ilin dekabr ayında isə 250 min tona çatdırılmışdı. (Report)