Aqrar

Rusiya pomidor idxalını - QADAĞAN EDƏ BİLƏR

Rusiya pomidor idxalını - QADAĞAN EDƏ BİLƏR | FED.az
13:19 7 Aprel 2020

Rusiyanın Milli Meyvə-Tərəvəz İstehsalçıları Birliyi ölkəyə pomidor idxalına müvəqqəti qadağa qoyulması tələbi ilə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib.

Eləcə də bax: Pomidor ixracda - ÜÇÜNCÜ OLUB

FED.az xəbər verir ki, müraciətdə bunun əsas səbəbi kimi, koronavirusla bağlı izolyasiya tədbirlərinin uzadılması və rublun zəifləməsi səbəbindən sənayenin zərərdən qorumağa yardımın edilməsi göstərilir.

Müraciətdə Azərbaycan, Mərakeş, Türkiyə və Çindən pomidor idxalının dayandırılması xahiş olunur. Birliyin məlumatına görə, 2019-cu ildə Rusiyaya idxal olunan tomatın ümumi bazarda payı 52% təşkil edib.

Qeyd edək ki, Azərbaycan 2019-cu ildə 189,3 mln. ABŞ dolları dəyərində 174,5 min ton tomat ixrac edib. Təkcə cari ilin ilk ayında ölkə 24,7 mln. dollar dəyərində 19,1 min ton tomat ixrac edib.
Apa

Digər xəbərlər