Bu ilin aprelin 1-dən Rusiyada yağ və üyüdülmüş yarmanın ixracına kvota, o cümlədən günəbaxan və kolza toxumlarının ixracına qadağa qoyulması təklifi gömrük və tariflərin tənzimlənməsi alt komitəsi tərəfindən dəstəklənib.
Eləcə də bax: Avropa ölkələrində günəbaxan yağı qıtlığı - YAŞANIR
FED.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin “Telegram” kanalında bildirilib.
“Gömrük və tariflərin tənzimlənməsi üzrə alt komitə yağlı toxumların və onlardan hazırlanan məhsulların ixracının məhdudlaşdırılmasını dəstəkləyib. Daxili bazarı qorumaq və emal müəssisələrinin tələbatını ödəmək üçün Kənd Təsərrüfatı Nazirliyi aşağıdakı tədbirləri təklif edib. Məhsulların ixracına qeyri-tarif kvotaları tətbiq edilsin. 2022-ci il aprelin 15-dən avqustun 31-dək günəbaxan yağı (1,5 mln. ton) və şirniyyat (700 min ton). Onların istehsalçılar arasında bölüşdürülməsi tarixi prinsipə uyğun olaraq nəzərdə tutulur. Cari ilin aprelin 1-dən avqustun 31-dək günəbaxan və kolza toxumlarının ixracına müvəqqəti qadağa qoyulsun”, - məlumatda bildirilir. (Apa)