Martın 1-dən iyunun 30-na qədər Rusiyadan ixrac olunan buğdanın hər tonu üçün vergi 50 avro olacaq.
Eləcə də bax: Azərbaycan buğda idxalını - 14% Azaldıb
FED.az xəbər verir ki, bununla bağlı hökumət qərar qəbul edib.
Məlumata görə, bu, indiki vergi ilə müqayisədə 2 dəfə çoxdur.
Rusiyanın İqtisadiyyat nazirinin müavini Vladimir İliçyov bildirib ki, bazarda vəziyyəti izləməyə davam edəcəklər və lazım olsa verginin məbləğinə düzəliş edilməsi mümkündür. (Report)