Məhsul bol olsa da sahələrdə qalıb...
Xaçmazlı fermerlər min bir əziyyətlə əkib becərdikləri məhsulu sata bilmirlər. Buna səbəb qiymətlərin kəskin şəkildə aşağı düşməsidir.
Hər il bu vaxtı bazarlarda aktivlik müşahidə edilsə də hazlırda durqunluq var. Məhsul bol olsa da, alıcı yoxdur.
Təsərrüfat sahibləri bildirir ki, ötən ilə müqayisədə hazırkı qiymətlər onları qane etmir. Ötən il yeşiyi 15 manata olan pamidorun hazırkı qiyməti 5-6 manat arasında dəyişir.
Bir çox təsərüfat sahibəri isə məhsulu bazara deyil bir başa ucuz qiymətə zavodlara verirlər: “Eşidirik ki, Bakıda marketlərdə 1 manat 1 manat 20 qəpikdir. Burada 30 qəpikə alan yoxdur. Əziyyət çəkib 4 ay 5 aydır əlləşirik, amma çox təəssüf bilmirik deyirlər ki, Rusiya bazarı bağlıdır deyə ona görə də yoxdur. Daxili bazarda da alan yoxdur”, - deyə fermer bildirib.
Ekspertlər isə hesab edirlər ki, pomidorun qiymətində bahalaşma bir neçə həftədən sonra müşahidə edilə bilər (Xezerxeber.az).