Cari ilin yanvar-fevral ayları ərzində Rusiya $4,1 milyard məbləğində ASK məhsulları ixrac edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 36% çoxdur ($3 milyard).
FED.az xəbər verir ki, bu barədə RF Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroeksport” mərkəzi məlumat verir.
Rusiya məhsullarının idxalçılarının Top-10-na Koreya Respublikası ($256 milyon), Azərbaycan ($145 milyon), Ukrayna ($114 milyon), Pakistan ($111 milyon), Özbəkistan ($96 milyon) və Monqolustan ($84 milyon) daxildir. (İnterfaks)