Rusiya Federasiyasının Rostov vilayətindən Azərbaycana 19 tondan artıq balıq və balıq məhsulları ixrac edilib.
Dağıstandan Azərbaycana bıçaqlar və ət məhsulları idxal ediləcək - MÜQAVİLƏLƏR İMZALANIB
FED.az Rusiyadan Baytarlıq və fitosanitar nəzarət üzrə federal xidmətin (“Rosselxoznadzor”) mətbuat xidmətinə istinadla xəbər verir ki, dekabrın 5-dən 12-dək olan dövrdə “Taqanroqski” (Rostov vilayəti) baytarlıq qeydiyyatı məntəqəsində Azərbaycana ixrac üçün nəzərdə tutulan 19 ton dondurulmuş balığa baytarlıq nəzarəti aparılıb.
Dövlət baytarlıq nəzarəti altında olan məhsulun ixracını həyata keçirən müəssisələr idxalçı ölkənin tələblərinə müvafiq olaraq baytarlıq-sanitar müayinəsi keçən Rusiya müəssisələrinin siyahısına daxil edilib.
İxrac olunan məhsul baytarlıq-sanitar baxımından təhlükəsiz hesab edilib. Onun keyfiyyəti və təhlükəsizliyi “Rosselxoznadzor”un Rostov Referent mərkəzində və akkreditə olunmuş digər laboratoriyalarda aparılan tədqiqatlarda təsdiqlənib.
Nəzarət altında olan məhsulun Rusiya ərazisindən çıxarılmasına icazə “Rosselxoznadzor” tərəfindən “Arqus” avtomatlaşdırılmış sistemi vasitəsilə verilib. (Azərtac)