May ayının ortalarında rusiyalı ekspertlər Azərbaycana səfər etməyi planlaşdırırlar.
Eləcə də bax: Azərbaycanın daha 7 sahibkarına Rusiyaya pomidor ixracına - İcazə Verildi
FED..az xəbər verir ki, məqsəd pomidor istehsalı üzrə müəssisələrində təftiş tədbirlərinin həyata keçirilməsidir. Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətindən (“Rosselxoznadzor”)məlumat verilir.
Təftiş tədbirləri “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə AQTA rəhbəri Qoşqar Təhməzli arasında danışıqlar zamanı planlaşdırılıb.
“Səlahiyyətli qurumlar Azərbaycandan pomidor, bibər və alma idxalının stabil səviyyəsinin bərpası məqsədilə hər iki tərəfdən bu məhsullara güclü nəzarət və tədarükçü müəssisələrin video tədqiqi mexanizmi istifadə olunmaqla mühüm dərəcədə səy göstərirlər”, - məlumatda deyilir.
2020-ci ildə Rusiyaya 179.7 min ton Azərbaycan pomidoru tədarük olunub, bu da 2019-cu ilin göstəricisindən 7,4 min ton çoxdur.
“Rosselxoznadzor” Azərbaycan pomidorunda Cənubi Amerika güvəsinin aşkar edilməsi ilə əlaqədar 2020-ci il dekabrın 10-dan bu məhsulun idxalına qadağa qoymuşdu. (Interfaks)