Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan gətirilmiş və karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlandığı pomidor partiyasını Rusiya ərazisinə buraxmayıb.
Eləcə də bax: AQTA: "Hazırda Rusiyaya Azərbaycanın 204 müəssisəsindən pomidor tədarükü mümkündür"
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un Qafqaz Regionlararası İdarəsindən məlumat verilib.
İdarə tərəfindən həyata keçirilən fitosanitar karantin nəzarəti zamanı Azərbaycandan gətirilmiş 16,5 ton pomidor partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruitvirus) aşkarlanıb”, - deyə məlumatda bildirilir.
Bu karantin obyektinə Dağıstanda ilk dəfədir rast gəlinir.
“Bitkilərin karantini haqqında” federal qanunun pozulmasına görə yük sahibləri Rusiya qanunvericiliyinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar.
Yüklər Azərbaycana geri qaytarılıb.