Bu ilin əvvəlindən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) xəstəliyin aşkarlanmasına görə Azərbaycan, Qazaxıstan və Qırğızıstan Respublikasına 654 tondan çox taxılın ixracına qadağa qoyub.
Eləcə də bax: Qazaxıstan ölkədən buğda və un ixracına icazə verib - MƏHDUDİYYƏT GÖTÜRÜLDÜ
FED.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un məlumatında deyilir.
Bildirilir ki, sentyabrda “Rosselxoznadzor” Qazaxıstana tədarük üçün nəzərdə tutulan buğda partiyalarının tərkibində zərərverici aşkar edilib. Bununla əlaqədar olaraq, bu üç ölkəyə buğda daşımalarının ixracına qadağa qoyulub. (Report)