Azərbaycanda quşçuluq və arıçılıq təsərrüfatlarının sığortalanması gözlənilir.
Sığortalanan gilas bağlarının sahəsi və sığorta ödənişləri - SÜRƏTLƏ ARTIR
FED.az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib.
Onun sözlərinə görə, quşçuluq və arıçılıq təsərrüfatlarının sığortalanması məqsədilə qanunvericiliyə və normativ-hüquqi aktlara dəyişiklikləri nəzərdə tutan layihələr hazırlanmaqdadır.
Qeyd edək ki, 2024-cü ildə 30 601 təsərrüfatda mövcud olan 579 min arı ailəsindən 5 166,3 ton bal, 132,1 ton mum, 8,5 ton vərəmum, 16,8 ton güləm və 239,3 kq arı südü əldə olunmuşdur. İstehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,6 manat, mumun - 16,5 manat, vərəmumun - 109,7 manat, güləmin - 140,9 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 7 manat olub.
2023-cü illə müqayisədə 2024-cü ildə arı ailələrinin sayı 3,1 % azalıb, bal istehsalı 13,5 %, güləm istehsalı 88,8 % artıb, mum istehsalı 23,5 %, vərəmum istehsalı 43%, arı südü istehsalı 14,9 %, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,4 % azalıb. Arı ailələrinin sayında və bəzi arıçılıq məhsullarının istehsalında azalma əsasən arı xəstəlikləri ilə əlaqədar olub.
Ölkədə gündə 4-4,5 milyon ədəd, ümumilikdə ildə 2 milyard ədədə yaxın yumurta istehsal edilir. İstehsal olunan yumurtanın bir hissəsi xarici ölkələrə ixrac edilir. (Report)