Türkiyə ötən mövsüm quru meyvə ixracından 1 milyard dollara yaxın gəlir götürüb.
FED.az xəbər verir ki, Egey Quru Meyvə və Məmulatları İxracatçıları Birliyinin idarə heyətinin sədri Birol Çoban, Türkiyənin ötən mövsüm kişmiş, quru əncir və quru ərik ixracından 926 milyon dollar əldə edildiyini deyib.
Bildirib ki, istehsalın artması nəticəsində quru meyvənin ixracı 1,5 milyard dollar səviyyəsinə yüksələ bilər.
Birlik sədrinin sözlərinə görə, 2016-2017-ci il mövsümündə Türkiyə 270 min ton kişmiş ixracından 419 milyon dollar (hər kiloqrammı 1,55 dollardan ixrac edilib), 86 min ton quru ərikdən 274 milyon dollar (3,18 dollar), 64 min ton quru əncir ixracından isə 233 milyon dollar (3,64) gəlir əldə edib. Bazar öz stabil vəziyyətini qoruyarsa mövsüm sonuna qədər quru meyvə ixracından 1,5 milyard dollar qazanmağı planlaşdırırlar.
Quru meyvələrdən 1 milyad dollar qazanır – QİYMƏTLƏR
13:59
18 Noy 2017