Salyan da yemçiliyin inkişaf etdirildiyi rayonlar sırasındadır.
Eləcə də bax: Azərbaycanda superintensiv alma bağlarında - Bol Məhsul
Salyanda kənd təsərrüfatının digər sahələri kimi, yem istehsalına da böyük önəm verilir. Yem bazasının gücləndirilməsi məqsədilə əkilən yonca bitkisi rayonun əsasən Ərəbqardaşbəyli, Kürqaraqaşlı, Şorsulu, Dayıkənd, Qızılağac kəndlərində becərilir.
Ərzuman Əsgərov onlara göstərilən dövlət dəstəyindən də razıdır. Subsidiya, gübrə, toxum və avadanlıqları vaxtında alan fermer bütün bunların yemçiliyin inkişafına müsbət təsir etdiyini bildirir. Yonca uzunömürlü bitki olduğundan daha çox gəlir gətirir, bu da əkinçilərin sosial rifahında əsas rol oynayır.
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Rişad Əsgərli bildirib ki, rayonda 22 min 200 hektar yonca sahəsi var. Bunun da 4666 hektarı təzə yonca sahələridir. Heyvandarlığın inkişafında qiymətli yem bitkisi olduğuna görə, yonca əkininə fermerlər tərəfindən böyük maraq göstərilir. (Azərtac)