Aqroparkın yaradılmasında məqsəd aqrar sahədə inkişafın sürətləndirilməsi, kənd təsərrüfatı məhsullarına olan tələbatın ödənilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, ixracyönümlü məhsulların istehsalının artırılması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsidir.
Yevlax Pilot Aqroparkına 51 milyon manatdan artıq investisiyanın yatırılması nəzərdə tutulur
FED.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” layihəsi çərçivəsində qurulan Sabirabad Pilot Aqroparkla bağlı bildirib.
Onun sözlərinə görə, aqroparkın ərazisi 7544 hektar təşkil edir.
“Hazırda ərazidə 8 sahibkarlıq subyektinə aqroparkın rezidentliyi statusu verilib. Rezidentlər tərəfindən 3131 hektar sahədə əkin işləri görülüb. İndiyədək görülən işlərə 7,4 milyon manat investisiya yatırılıb, 86 daimi, 113 mövsümi iş yeri yaradılıb. Aqroparkda müasir suvarma sistemlərinin tətbiqi ilə meyvəçilik (zeytun, nar), toxumçuluq (buğda, arpa), heyvandarlıq, taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində işlər aparılır”, - deyə S.Adıgözəlov qeyd edib. (Azərtac)