Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəsmiləri ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) aparat rəhbəri Elxan Mikaylov arasında videoformatda görüş keçirilib.
Eləcə də bax: Azərbaycandan Rusiyaya ixrac olunan 19 tona yaxın nektarin - Geri Qaytarılıb
FED.az bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.
Məlumata görə, görüşdə Azərbaycandan Rusiyaya ixrac olunmuş nektarin və ərik partiyalarında bakteriyaların aşkarlanması barədə məsələ müzakirə olunub. Azərbaycan tərəfi Rusiya tərəfinin bununla bağlı narahatlığını qəbul edib. (Report)