“Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası baş tutub.
Birlikdən FED.az-a bildirilib ki, “Azəriqaz” öz səlahiyyətləri və imkanları daxilində bütün istehlakçılara göstərdiyi dəstəyi sahibkardan da əsirgəmir. Bu məqsədlə Bakının Zirə kəndində təşkil olunan aksiyada səyyar qəbul otağı istixana sahiblərinin ixtiyarında olub.
Şəmkirdəki parniklər bağlanır: «Qaz pulunu ödəyə bilmirik» - SAHİBKARLARDAN ETİRAZ
Birliyin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov görüş zamanı 30-dək tərəvəz istehsalı ilə məşğul olan istixana sahibinin problemini dinləyib.
Çıxış edən sahibkarlar payız-qış mövsümündə bəzi hallarda yaşanan təzyiq probleminin həll olunmasını, eyni zamanda, istehlak etdikləri qaz sərfiyyatının həcminə görə yaranan debitor borcların mərhələli şəkildə ödənilməsini Birliyin baş direktorunun müavinindən xahiş ediblər.
Səsləndirilən suallarla bağlı sahibkarlara ətraflı izahatlar, problemlərin yerindəcə aydınlaşdırılaraq həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.