Ötən il Aqrar Sığorta Fondunun 2,5 milyon manat sığorta ödənişi etməsinə baxmayaraq, bu il həmin rəqəmin minimum 2-3 dəfə artaraq 7,8 milyon manat olması gözlənililir.
Aqrar Sığorta Fondu fermerlərə dəyən zərəri ödəməyə başlayacaq – Qazaxda görüş keçirildi - FOTOLAR
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.
O, sığorta ödənişlərinin daha artıq ola biləcəyini də istisna etməyib:
"Bu il bütün ölkə üzrə kifayət qədər qeyri-sabit hava şəraiti müşhaidə edilib və bu iri həcmli zərərlərə səbəb olub. Sığortalanmalı ərazilərin sayı artdıqca zərərlə bağlı müraciətlər də daha çox olacaq. Hər il fərqli nəticələrlə üzləşirik. Ölkədə bu ilin təkcə aprel-may aylarında baş vermiş sığorta hadisələrinin sayı ümumilikdə ötən il ərzində baş verənlərdən iki dəfə artıq olub.
F.Sadıqov bu il 420 min hektara yaxın əkin ərazisi sığortaladıqlarını bildirib:
"Bu da ölkədə əkinə yararlı ərazilərin 25 %-i deməkdir. Bu, 3 ildir fəaliyyət göstərən bir sistem üçün uğurlu nəticədir. Türkiyədə bu göstəricilər bir az da artıqdır. Lakin nəzərə alaq ki, orda sözügedən sistem artıq 17 ildir fəaliyyət göstərir".
Fondun rəhbəri əlavə edib ki, bu il 50 minə yaxın sığorta müqaviləsi imzalanıb ki, bu da rekord göstəricidir: "2020-ci ildə cəmi bir neçə müqavilə və 6-7 min manat sığorta haqqı toplandığı halda bu il artıq birkiçilik sığortası üzrə toplanmış sığorta haqlarının 10 milyon manatı keçməsi gözlənilir". (Report)