Astaradan gətirilən arılar Biləsuvarın arıçılq təsərrüfatının yarıdan çoxuna ziyan vurub.
Eləcə də bax: Azərbaycanda bal - NİYƏ BAHALAŞIB?
FED.az xəbər verir ki, bunu Biləsuvar Fermerlər Şurasının və Arıçıların Rayon Təşkilatının sədri Hacı Gülağa Hüseynov deyib.
Onun sözlərinə görə, bu problem artıq 3-4 ildir ki, yaranıb:
"Hər il Astara arıçıları gizli formada gecə arıları gətirib Biləsuvara yerləşdirirlər. Bu da öz növbəsində rayonun arıçılıq təsərrüfatına ziyan vurur. Bu hal arıçılıq haqqında qanunun bir çox maddələrinin qərarlarını kobud sürətdə pozur. Belə ki, sanitar-baytarlıq haqqında heç bir əsasnaməsi, köçürülmə yerinin qeydiyyatı, yerli icra sturukturlarının heç bir məlumatı olmadan Astaradan hər il külli miqdarda Biləsuvara arı gətirilir. Artıq bu il
Astaradan gətirilən arılar demək olar ki, bizim arıçılq təsərrüfatının yarıdan çoxuna ziyan vurub".
Qeyd edək ki, Biləsuvarda hal-hazırda 112 arı saxlayan təsərrüfat və onlarında 4165 arı ailəsi var. (Report)