Kənd Təsərrüfatı Nazirliyi fermerlərin suya qənaət rejimdə fəaliyyətini təşviq edir.
"Quraqlıq aqrar sektora ziyan vuran hadisə kimi qanunvericiliyə əlavə edilməlidir"
FED.az xəbər verir ki, bunu nazir Məcnun Məmmədov bildirib.
Onun sözlərinə görə, qənaətcil suvarma sistemləri məhsuldarlığı və fermerlərin gəlirliliyini artırır.
"Əvvəllər suyun mənbədən sahəyə gətirilməsi açıq şəkildə həyata keçirilirdi, bu gün isə proses qapalı formada reallaşdırılır. Ötən təsərrüfat ilində ən çox əziyyət çəkdiyimiz məsələ iqlim dəyişikliyi, onun gətirdiyi problemlər olub. Azərbaycan beynəlxalq arenada iqlim dəyişikliyi ilə bağlı məsələni daima qabardır, "yaşıl iqtisadiyyat"a önəm verir, torpaqlardan uzunmüddətli istifadənin təmin edilməsi üçün tədbirlər həyata keçirir. Azərbaycan iqlim məsələsini nəzərə aldığından COP 29 tədbirinin Azərbaycanda keçirilməsi özünəməxsus özəllikdir, həm də məsuliyyətdir", - deyə nazir qeyd edib. (Report)