Azərbaycanın ən böyük zəfəran istehsalçısı olan “Absheron Saffron Ltd” MMC bu il zəfəran əkini sahəsini 3 hektar genişləndirib.
FED.az xəbər verir ki, bunu MMC-nin təsisçisi Xəlil Cəfərov deyib.
Onun sözlərinə görə, bu il 20 hektarlıq ərazinin 13 hektarında zəfəran əkilib: “Keçən il hava isti keçdiyindən məhsuldarlıq az oldu. Amma bu il 40-50 kq zəfəran toplayacağımızı gözləyirik. İndiyədək ən çox halda 30 kq zəfəran toplaya bilmişik. Hazırda 30 kq-a qədər ehtiyat zəfəranımız var”.
Xatırladaq ki, 2016-cı ildən fəaliyyət göstərən “Absheron Saffron Ltd” MMC Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsində zəfəran əkir. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)