“Türkiyə şirkətlərinin Azərbaycanda infrastruktur layihələrində və başqa sahələrdə fəaliyyəti üçün çox ciddi potensialın olduğunun görürük”.
Eləcə də bax: Gələn il işğaldan azad edilmiş ərazilərin bərpasına - 2,2 MİLYARD MANAT XƏRCLƏNƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Hazırda Türkiyə şirkətləri infrastruktur tikintisində çox ciddi işlər görürlər. Eniş etdiyimiz Füzuli Beynəlxalq Hava Limanında Türkyənin 12 şirkəti azərbaycanlı qardaşları ilə birgə çalışaraq 8 aya, qısa müddətdə buranı başa çatdırdılar. Hazırda daha iki hava limanı tikilir. Onların qısa zamanda, bir il ərzində başa çatdırılması planlaşdırılır.
“Ağıllı aqropark” dediyimiz sahədə Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq intensiv şəkildə həyata keçirilir. Bu istiqamətdə araşdırmalar qətiyyətlə davam etdirilir. Bundan başqa hazırda heyvandarlıqla bağlı fəaliyyət davam edir. Bu uğurlu işlərlə yanaşı, ərazilərin minalardan təmizləmə istiqamətində də işlər görülür. Hazırda minalardan təmizlənmiş torpaqlarda həm Azərbaycan, həm də Türkiyə üçün qarşılıqlı mənfəət əsasında əkinçilik və heyvandarlıq işləri başlayıb. Onlar bizə bildirdilər ki, burada heyvandarlıq baxımından iş aparmaq üçün ən azı 5-10 min baş angus heyvan cinsi (iribuynuzlu) gətiriləcək. Bununla da Azərbaycan ət idxalını minimuma endirəcək. Bu onu göstərir ki, Azərbaycanda əkinçilik və heyvandarlıq sahələrində çox ciddi sıçrayış olacaq”, - dövlət başçısı bildirib.