Azərbaycanda əkinə yararlı 1,7 milyon hektar ərazi olsa da, bunun təxminən 1/4 hissəsi - 450 mini hektarı hər il sığortalanır.
Ötən il 6,4 milyon manat aqrar sığorta ödənişi həyata keçirilib
FED.az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Bakıda keçirilən "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda tədbirdə bildirib.
O qeyd edib ki, əkinə yararlı torpaqların 96,6%-ni sığortaya cəlb etmək olar: "Məqsədimiz ölkədə sığortalanan predmetlərin əhatə dairəsini genişləndirməkdir".
F. Sadıqovun sözlərinə görə, Fond bir neçə ildir ki, fəaliyyət göstərir və bu müddətdə onun aktivləri 9 milyon manatdan 30 milyon manata çatıb.
Xatırladaq ki, 2024-cü ildə Aqrar Sığorta Fondu 6,423 milyon manat sığorta ödənişi həyata keçirib. Bu, 2023-cü illə müqayisədə 45,75 % çoxdur. (Report)