Quba şəhəri Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı paytaxtı seçilib.
"Azad olunan ərazilərdə kənd təsərrüfatına yararlı 128 min hektar torpaq var"
FED.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Təşkilatın Kənd Təsərrüfatı üzrə məsul nazirlərinin 2-ci iclası ilə bağlı keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, rotasiya qaydasına uyğun olaraq hər dəfə ölkələr arasında dəyişərək yeni şəhərlər bu adı ala biləcək. Növbəti Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin görüşünə qədər Quba şəhəri paytaxt olaraq qalacaq.
Qeyd edək ki, növbəti görüş Qazaxıstanda baş tutacaq