Banner

Aqrar

Qoyunlarını canavar parçalayan sahibkar – SÜRÜSÜNÜ SIĞORTALAYACAQ

Qoyunlarını canavar parçalayan sahibkar – SÜRÜSÜNÜ SIĞORTALAYACAQ | FED.az
11:34 2 Aprel 2019

Bir neçə gün əvvəl qoyun sürüsü canavarların hücumu nəticəsində dağıdılan və böyük zərərə üşən təsərrüfat sahibləri qalan heyvanlarını sığortalamaq niyyətindədir. Bu barədə FED.az-a Abşeron rayonunda yerləşən "Xanqulu" qış otlaq sahəsindəki yataqlarda yerləşən təsərrüfatın rəhbəri Seyran Kərimov bildirib. Onun sözlərinə görə, bir neçə yaxın adamları ilə birlikdə yaratdıqları ailə təsərrüfatında mindən artıq qoyun olub. Canavar hücumu nəticəsində bunların 400-dən çoxu məhv olub: «Mənə 60 min manatdan artıq zərər dəydi. İndi qalan 600 heyvanı sığortalamaq istəyirik».

S.Kərimov bildirib ki, canavarların hücumu martın 27-dən 28-ə keçən gecə baş verib və həmin gün başqa təsərrüfatlara da zərər dəyib. Bəzi təsərrüfatların bütün qoyunları məhv edilib.

Təsərrüfat rəhbəri bildirib ki, baş verən hadisənin səbəbi son vaxtlar canavarların sayının artmasıdır. Təsərrüıat sahibləri canavarları ovlamaq üçün ovçulara müraciət etsələr də, ovçular bildirib ki, onların ovu qadağandır və hər vurulan canavara görə, 2 min manat cərimə nəzərdə tutulub.

Eləcə də bax: Azərbaycanda canavarlar 400 qoyunu parçaladı

Digər xəbərlər

Banner