Banner

Aqrar

Qoyun əti 23 dollara qalxıb - QONŞU ÖLKƏDƏ

Qoyun əti 23 dollara qalxıb - QONŞU ÖLKƏDƏ | FED.az
09:24 4 Fev 2019

İranda qoyun əti ötən ilin analoji dövrü ilə müqayisədə 70% artıb.

FED.az bunu İranın Statistika Mərkəzinin iqtisadi məsələlər üzrə direktor müavini Cavad Hüseynzadə deyib.

Qoyun əti 490 min rialdan (təxminən 11,6 dollar) 995 min riala (təxminən 23,6 dollar) artıb.

C.Hüseynzadə əlavə edib ki, 10-cu ayda 475 məhsulla bağlı araşdırmalar inflyasiyanın orta hesabla 39,6% olduğunu göstərir:

"İnflyasiya ərzaq məhsulları üçün 57,5%, qeyri-ərzaq məhsulları üçün 32%, məişət texnikaları üçün 82% olub. Pomidorun qiyməti 200%-dən çox, su, elektrik və enerjinin qiyməti isə 14%-dən çox artıb".

Eləcə də bax: “Şikayət əsasında 119 heyvan yenisi ilə dəyişdirilib” - NAZİR

Digər xəbərlər

Banner