Azərbaycanda son günlər qeyri-sabit hava şəraiti, havanın temperaturunun tez-tez artıb-azalması, bəzi ərazilərdə qar yağması və şaxtaların müşahidə olunması kənd təsərrüfatına da təsirini göstərib.
Aqrar Sığorta Fondu 54 rayonda sığorta ödənişləri həyata keçirib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nəticədə təsərrüfatını sığortalamış fırmerlər tərəfindən aqrar sığorta fonduna müraciətlərin intensivliyi artıb.
Bundan başqa, Qobustanda arpa və buğda sahələrində fırtına və qasırğa hadisələri barədə müraciətlər daxil olub.
Samuxda ərik bağlarında qasırğa hadisəsinin baş verməsi ilə bağlı da fermer müraciətləri qeydə alınıb.
Paralel olaraq bəzi rayonlarda 3-cü şəxsin hərəkətləri nəticəsində təsərrüfatlara zərər də baş verib. Kürdəmirdə 3-cü şəxsin hərəkəti nəticəsində əkin sahəsinin su basması, Göygöldə isə əkin sahəsinə mal-qaranın buraxılması kimi hallar qeydə alınıb.
Biləsuvar rayonunda isə arpa sahəsinə vəhşi heyvanların (quşların) zərər vurması barədə aid müraciətlər daxil olub.
Qeyd edək ki, sadalanan hadisələr Aqrar Sığorta Fondunun sığorta zərfinə daxildir. Belə ki, qanunvericiliyə əsasən aqrar sığotrta mexanizmi əkin sahələrini təbiət hadisələri - dolu, fırtına, qasırğa, sel-subasma, şaxtavurma (donvurma), leysan, vəhşi heyvanlarını hücumu, 3-cü şəxslərin hərəkətləri, yanğın, torpaq sürüşməsi və sair hallardan sığorta edir.
Fonda daxil bütün müraciətlər qeydə alınıb və onların araşdırılaraq dəymiş zərərlərin hesablanması üçün bölgələrə aqrar sığorta ekspertləri göndərilib.
Xatırladaq ki, fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-ni dövlət ödəyir. Yəni əkin sahəsi və heyvandarlıq təsərrüfatının sığortalanması zamanı hesabanmış sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi ödənişlə öz təsərrüfatlarını sığorta edə bilirlər.
Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini zərərlə üzləşməmək üçün öz əkin sahələrini və təsərrüfatlarını vaxtında sığortalamağa çağırır.
Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb.











