Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Eləcə də bax: Fermerlər texnikanı göydə götürüblər - 1 aya 506 texnika satılıb
Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayıllı, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ağstafa, Qusar, Xızı, Samux, Qax, Zaqatala, Balakən, Masallı, Lerik, Göyçay, Şəki, Gədəbəy rayonlarının ardınca növbəti səyyar satış Qəbələnin Çuxurqəbələ kəndində baş tutub. Səyyar satış zamanı ümumilikdə 17,9 ton azot və ammofos gübrəsi satılıb.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər.
Növbəti satış bu gün Şamaxının Qızmeydan kəndində həyata keçirilir.
Qəbələdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilib
11:40
19 Aprel 2019