Qazaxıstanda sənaye məqsədilə becərilməsinə icazə verilən çətənə sortlarının müəyyənləşdirilməsi məsələsi qanunvericilik səviyyəsində tənzimlənmək üzrədir.
FED.az xəbər verir ki, Qazaxıstan mediasının məlumatına görə, kənd təsərrüfatı nazirinin müavini Azat Sultanovun sözlərinə görə, tərkibində narkotik maddələr olan çətənə sortlarının becərilməsinə qəti şəkildə icazə verilməyəcək.
Laborator yoxlamalardan tutmuş daxili işlər orqanlarının iştirakına qədər çoxpilləli nəzarət həyata keçiriləcək. Çətənə sahələri hasarlanacaq və mühafizə olunacaq, qanunsuz becərilən bitkilər isə məhv ediləcək.
“Dünyanın bir çox ölkəsində texniki çətənə emal olunur, ondan saralmayan kağız istehsal edilir”, – deyə Sultanov əlavə edib.
Texniki çətənə adi çətənədən hündürdür, nazik gövdəyə və dar yarpaqlara malikdir. O, sənayedə kağız və yüksək təhlükəsizlik səviyyəsinə malik sənədlərin istehsalında istifadə olunur. (Azərtac)