2024-cü ilin sentyabrından 2025-ci il fevralın 16-dək olan dövrdə Qazaxıstan taxılının Azərbaycana ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə (2023-cü ilin sentyabrı - 2024-cü il fevralın 16-sı) 79 dəfə artaraq 319 min tona çatıb.
Dekabrda Qazaxıstandan Azərbaycana 101 min ton taxıl tədarük edilib
FED.az xəbər verir ki, Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinn məlumatına görə, Azərbaycana və digər ölkələrə tədarükün artması Qazaxıstan taxılının ixrac daşımalarının ümumi artımı fonunda baş verir ki, bu da qeyd olunan dövrdə 48,3 faiz təşkil edib, ümumilikdə isə 5,3 milyon tona çatıb.
Ötən ilin yekunlarına görə, 10,6 milyon ton taxıl daşınıb, o cümlədən bu məhsulun 2,5 milyon tonu ölkə daxilində istehlaka, 8,1 milyon tonu isə ixraca yönəldilib. (Azərtac)