“GenGroup Qazaxıstan” şirkəti Qazaxıstanda ilk dəfə olaraq respublikanın Türküstan bölgəsində (cənubda) banan yetişdirməyə başlayıb.
Yevlax Pilot Aqroparkda daha iki şəxs - REZİDENTLİK STATUSU ALDI
FED.az xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Türküstan bölgəsində banan sənaye üsulu ilə istehsal olunacaq. Türkiyənin "GenGroup" şirkəti bölgədə 5,3 hektar ərazidə istixana kompleksi inşa edib. Yetişdirilən banan Qazaxıstanın iqlim şəraitinə uyğunlaşdırılıb.”, - Kənd Təsərrüfatı Nazirliyinin press-relizində deyilir.
Məlumata görə, yaxın vaxtlarda istixana daha beş hektar genişləndiriləcək ki, bu da ildə 1000 tona yaxın banan istehsal etməyə imkan verəcək. İlk məhsulun 6-8 aydan sonra yığılması planlaşdırılır. İstixanalarda ekzotik meyvələrlə yanaşı, pomidor və çiyələk də yetişdiriləcək.
Layihənin ilkin mərhələdə dəyəri dörd milyon ABŞ dollarıdır. Tikinti zamanı Türkiyə şirkəti yüksək möhkəm konstruksiyalardan istifadə edib, istixanalar iqlim nəzarəti və adaptiv qidalanma sistemi ilə təchiz olunub ki, bu da ən əlverişsiz hava şəraitində belə bitkilərin genetik potensialını tam üzə çıxarmağa imkan verir. (Marja)