Buğdanın daşınma xərclərinin subsidiyalaşdırılması çərçivəsində Qazaxıstan buğdasının ixrac edildiyi əsas ölkə Azərbaycan olub.
FED.az xəbər verir ki, Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 2025-ci il 10 iyun tarixinə olan məlumata əsasən, ümumilikdə 740,7 min ton ixrac olunan buğdanın 329,3 min tonu Azərbaycana göndərilib.
Azərbaycana buğda daşınmasına görə ixracatçılara artıq 1,1 milyard tenge məbləğində kompensasiya ödənilib.
Subsidiyaların verilməsi 2025-ci il yanvarın 1-dən qüvvəyə minib və buğdanın daşınma marşrutundan asılı olaraq bir ton üçün 20-30 min tenge aralığında kompensasiya nəzərdə tutur.
Ümumilikdə 121,7 min ton buğdanın daşınmasına görə ixracatçılara 2,8 milyard tenge həcmində subsidiya ödənilib. (Azərtac)