Cari ilin yanvar-iyun ayları ərzində “İnvestel Group” MMC-nin Qazax rayonunun II Şıxlı kəndində yerləşən aqroparkında 645 ton buğda istehsal edilib.
Fermerlərə 32 milyon manat güzəştli kredit verilib
FED.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) məlumatına görə, aqroparkın ümumi əkinə yararlı 800 hektar sahəsində kartof, buğda və arpa əkilib. Abşeron rayonunda aqroparka məxsus təsərrüfatda isə 7,5 hektar intensiv badam bağı salınıb.
Qeyd edək ki, 2023-cü ildə aqroparkda 12 min ton kartof, 250 ton arpa və 750 ton buğda istehsal edilib.
Bu il aqroparkın 340 hektarında əmtəəlik kartof əkilib və hazırda kartof yığımı davam edir.
Kartof əkini sahəsində orta məhsuldarlıq 40-41 ton təşkil edir. Aqroparkda gündəlik 250 ton kartofun təmizlənməsi, çeşidlənməsi və qablaşdırılması xətti, tutumu 7800 kubmetr, Abşeronda isə tutumu 14 889 kubmetr olan 2 soyuducu anbar kompleksi fəaliyyət göstərir.
İndiyədək 24 milyon manat investisiya yatırılan “İnvestel Group” MMC-də 200 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin edilib.