Hazırda yay mövsümü olmasına baxmayaraq qarpız baha qiymətə satılır. Fermerlər bunu bir neçə səbəb ilə izah edirlər.
Məsələ ilə bağlı FED.az-a açıqlama verən Sabirabadlı fermer Hafiz Məmmədov qarpızın bahalığını toxumları baha olması və məhsulun azalması
ilə izah edib.
Eləcə də bax: “Soğanın qiyməti bundan aşağı olanda - BİZƏ SƏRFƏLİ OLMUR" - FERMERDƏN AÇIQLAMA
“Hal-hazırda toxum çox bahadır. Xarici toxumlar əkirik - "dolbe" və "talesman" sortları. Onun tumları çox baha olur. Biz bu toxumların qutusunu 100 manata alırıq. Keçən il bu toxumlardan az adam əkmişdi. Amma bu il çox fermer əkib, səbəb isə adları çəkilən toxumların daha məhsuldar olmasıdır. Həm də bu toxumlar digərlərindən 20 gün daha tez məhsul verir" – deyə Hafiz Məmmədov bildirib.
Eləcə də bax: «Məhsulu xaricə iki qat qiymətə sata biliriksə niyə də satmayaq» – ÇİYƏLƏK BİZNESİ
Fermerin sözlərinə görə, ötən illərlə müqayisədə indi məhsuldarlıq daha azdır. Belə ki, əvvəl bir hektardan 40-45 ton qarpız yığıldığı halda indi bu göstərici 18-20 tona qədər azalıb. Səbəb kimi isə iqlim göstərilir. Həmçinin son zamanlar qarpız əkməyin bir o qədər sərfəli olmadığı bildirirlir.
“Məhsulun az olması qiymətə təsir edir”
“Qarpızın az əkilməsi məhsulun az olmasına gətirib çıxarır, nəticədə qiymət artır. 25 gün bundan əvvəl qarpızı 45 qəpikdən alırdılar, indi isə 20-25 qəpikdən alırlar. Keçən il bu vaxt qarpızın kilosu 15-20 qəpik idi” – deyə fermer bildirib.
Qarğıdalı qarpızı “yedi”
Hafiz Məmmədovun sözlərinə görə, o keçən il də bu il də 6 hektar ərazidə qarpız əkib. Amma digər fermerlər indi qarpız əvəzinə qarğıdalı və yemiş əkirlər. Əsas da qarpız əkənlərin qarğıdalıya üstünlük verdikləri bildirilir. Səbəb bir hektardan qarğıdalı əkərkən iki qat xeyir götürmək imkanıdır. Həmçinin yemiş əkməyin də sərfəli olduğu bildirilir. Fermerin sözlərinə görə, bir həftə bundan qabaq yemişin kilosunu 60-70 qəpikdən satıblar.
"Rusiyaya satanda iki qat xeyir qalır amma......."
Fermerin sözlərinə görə, Rusiaya qarpız satmaq çox sərfəlidir. Belə ki, onun sözlərinə görə, burda kilosunu 30 qəpiyə satdığı qarpızı, Rusiyaya məhsul aparanlara 60 qəpiyə satır.
Amma Hafiz Məmmədov onu da qeyd edib ki, ötən il Rusiyaya qarpız aparanlar Rusiya gömrüyü tərəfində sərhəddə saxlanıldığından məhuslları xarab olub və nəticədə də ziyan ediblər.
"Qarpızı Rusiyaya göndərmək iki qat sərfəlidir" – FERMERDƏN AÇIQLAMA
10:58
17 İyul 2019